DÜNYA


ABŞ-da uşaq futbol komandasının avtobusu qəzaya uğrayıb

ABŞ-ın Arkanzas ştatında uşaq futbol komandasını aparan avtobus qəzaya uğrayıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Tennessi ştatının Memfis şəhərinə gedən avtobus yoldan çıxaraq aşıb. İnsident nəticəsində bir uşaq həlak olub, əksəriyyəti futbol komandasının üzvləri olan 40-dan çox insan isə yaralanıb.