SİYASƏT


Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir

Bunu jurnalistlərə müsahibəsində xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib: “Müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı. Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub. Bu məsələ artıq ona həvalə olunub.