RƏSMİ


Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Rusiya ilə NATO yüksək hərbi rəhbərliyi arasında görüşün keçirilməsi üçün Bakının seçilməsinə görə minnətdarlığını bildirdi.