SİYASƏT


Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.