SİYASƏT


Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb

Konfransın açılışında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə Parlamentlərarası İttifaqın bu mötəbər toplantısı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini və xoş arzularını iştirakçılara çatdırıb. Sədr deyib ki, ötən yüzilliyin sonlarında bəşəriyyətin mövcudluğunu qorxu altına alan qlobal təhlükələrin hamılıqla dərk edilməsi dünya sivilizasiyasının inkişafının xarakterini dəyişdirməyə yönələn beynəlxalq səylərin artmasına gətirib çıxarıb.