Nazir müavininin Azərbaycan-Aİ tərəfdaşlıq sazişinin mətninin razılaşdırılması və ÜTT-ə üzvlüklə bağlı məsələlərə münasibəti
14.12.2018 [15:20]
Xəbərin mətni
Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişinin mətni mart ayınadək razılaşdırıla bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini bildirib ki, sazişin hazırlanıb paraflanması Azərbaycan üçün əsasdır. Məsələnin gecikməsinin səbəbi Avropa İttifaqında islahatların aparılmasıdır.