RƏSMİ


Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Ankarada dəmir yolu qəzası nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verdi. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd etdi, 2018-ci ilin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından çox məhsuldar il olduğunu dedi.