Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Kainat gözəli-2018"in qalibi Filippin təmsilçisi olub

17.12.2018 [13:07]

Xəbərin mətni
67-ci "Kainat gözəli-2018" müsabiqəsinin qalibi Filippin təmsilçisi Katriona Qrey olub. Banqkokda keçirilən müsabiqədə ötən ilin qalibi, Cənubi Afrika Respublikasının nümayəndəsi Demi Li Nel-Piters tacı Katriona Qreyə təqdim edib.