SİYASƏT


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu xarici siyasət xətti 2018-ci ildə də davam etdirilib

Dövlətimizin başçısı xarici siyasət məsələlərini daim diqqət mərkəzində saxlayır, diplomatiyamız qarşısında duran prioritet vəzifələri müəyyən edir, onların planlı və ardıcıl surətdə həyata keçirilməsini təmin edir. Dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil. Bu fikirləri Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.