SİYASƏT


“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin və kitabının təqdimat mərasimi keçirilib

Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini -icra katibi Əli Əhmədov ölkəmizin müasir dövrdəki nailiyyətlərinin Prezident İlham Əliyevlə bağlı olduğunu vurğulayıb. On beş il ərzində həyatın bütün sahələrində böyük irəliləyişlər baş verdiyini, möhtəşəm uğurlar qazanıldığını diqqətə çatdıran Əli Əhmədov qeyd edib ki, ölkəmiz coğrafi baxımdan kiçik əraziyə malik olsa da, həyata keçirdiyi qlobal layihələr sayəsində dünyanın humanitar, enerji, nəqliyyat, idman mərkəzlərindən birinə çevirib.