İndoneziyada vulkan aktivliyi səbəbindən həyəcan səviyyəsi yüksəldilib
27.12.2018 [12:39]
Xəbərin mətni
İndoneziyanın hakimiyyət orqanları Zond boğazında yerləşən Anak-Krakatau vulkanının aktivliyinin artması səbəbindən həyəcan səviyyəsini 3-cü dərəcəyə qaldırıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, vulkan rayonunda bütün uçuşların marşrutu dəyişdirilib və Anak-Krakataudan beş kilometr radiusunda uçuşa qapalı zona yaradılıb.