RƏSMİ


Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr fəxri qarovul dəstəsinin qarşısından keçdi.