CƏMİYYƏT


Bakı-Gəncə sürət qatarı işə düşüb

Dekabrın 29-da saat 09:00-da Bakı-Gəncə sürət qatarı işə düşüb. AZƏRTAC xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov qatar yola düşməzdən əvvəl sərnişinlərə, bu qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzulayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik edən QSC sədri işğal altında olan torpaqlarımızın azad ediləcəyini və yeni qatarlarla Qarabağa səfərlər edəcəyimizə inandığını vurğulayıb.