Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gələn ilin ortalarında Bakıətrafı dəmir yolunda bir neçə stansiya istifadəyə veriləcək

29.12.2018 [19:16]

Xəbərin mətni
Gələn ilin ortalarında Bakıətrafı dəmir yolunda bir neçə stansiya istifadəyə veriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakıətrafı dəmir yolunun ikinci hissəsinin istifadəyə verilməsi üzrə işlər davam etdirilir. 2019-cu ilin ortalarında "Koroğlu" metro stansiyasının yaxınlığından keçməklə Bakıxanov, Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Fatmayı, Novxanı, Sumqayıt stansiyalarını birləşdirən dəmir yolunun açılışı olacaq.