MƏDƏNİYYƏT


Balakənli sənətkar: “ABAD”la əməkdaşlıq ailə büdcəmizin formalaşmasına çox yaxşı təsir göstərir

Bir neçə il əvvəl internet vasitəsilə kuklaların hazırlanması prosesini izləyən Balakən sakini Mehriban Mustafayeva özünü bu sahədə sınamaq qərarına gəlib. Ilk əl işi uğurlu alınıb və o, kukla sənəti ilə müntəzəm məşğul olmağa başlayıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mehriban Mustafayevanın əl işləri əvvəllər rayon Mədəniyyət Mərkəzində təşkil olunan sərgilərdə nümayiş etdirilib, izləyənlərin marağına səbəb olub.