DÜNYA


Danimarkada qatar qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Dəmiryol qəzası yanvarın 3-də yerli vaxtla saat 8:00-da Böyük Belt boğazından keçən və Fyun və Zelandiya adalarını birləşdirən eyni adlı körpüdə qeydə alınıb. Qarşı tərəfdən gələn yük qatarından qopan brezent parçası səbəbindən sərnişin qatarının maşinisti əyləci sərt şəkildə basıb və bu da qəza ilə nəticələnib.