DÜNYA


Fransada aksiyaçılarla polis arasında qarşıdurma olub

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, “sarı jiletlər” aksiyasının səkkizinci mərhələsində 50 min aksiyaçı iştirak edib. Parisdəki aksiyaya 3500 insan qatılıb. AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində bir çox şəhərlərdə polis və aksiyaçılar arasında toqquşma olub. Paris 50-yə yaxın aksiyaçını saxlayıb. Beşi polis olmaqla 38 nəfər yaralanıb.