DÜNYA


Tailandda “Pabuk” qasırğası nəticəsində dörd nəfər həlak olub

Tailandın cənub hissəsində “Pabuk” tropik qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 4-ə çatıb. AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, üç gün ərzində qasırğanın gətirdiyi şiddətli yağışlar və güclü külək ciddi fəsadlara səbəb olub. Bəzi yerlərdə yaşayış məntəqələrini su basıb, güclü külək ağacları kökündən qoparıb, elektrik dirəklərini aşırıb. Külək və yağış yüzlərlə evi və inzibati binanı yararsız hala salıb.