Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar
07.01.2019 [11:58]
Xəbərin mətni
Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nakam şairin ölümünün 81 illiyinə həsr olunan mərasim rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.