Xaçmaz rayonunda fındıq bağlarının sahəsi 10 min hektara çatdırılacaq
08.01.2019 [17:07]
Xəbərin mətni
Son 3 ildə rayonda fındıq bağlarının sahəsi iki dəfəyədək artırılaraq 9 min 100 hektarı keçib. Bu bağların 6 min hektarı barverəndir. Rayonun fındıq bağlarından 2018-ci ildə 6 min 500 tondan çox məhsul əldə olunub.