SİYASƏT


Çin telekanalı: Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkədir

Çində turizm üzrə ixtisaslaşan “Travel Channel” internet televiziya kanalının “Dünyaya baxış” proqramının növbəti buraxılışı Azərbaycana həsr olunub. AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycanın tarixi, zəngin mədəni irsi, coğrafi mövqeyi, turizm potensialı, mətbəxindən söz açılıb. Qeyd olunub ki, Şərqi Avropa ilə Qərbi Asiya arasında yolların qovuşuğunda yerləşən odlar diyarı - Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkə olmaqla yanaşı, qədim və sirli abidələri, rəngarəng təbiəti ilə diqqəti cəlb edir.