SİYASƏT


Hikmət Hacıyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasətimiz 2019-cu ildə də davam etdiriləcək

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə verib.