CƏMİYYƏT


Ana və bala bəbirin görüntüləri qeydə alınıb

Naxçıvan Muxtar Respublikasındakı akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında ana və bala bəbirin foto və videogörüntüləri qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, fotolar nazirlik, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə ötən ilin oktyabr ayında əldə edilib.