“Pegasus” martdan Ankara-Bakı reyslərinə başlayır
17.01.2019 [15:33]
Xəbərin mətni
“Pegasus” aviaşirkəti mart ayından etibarən Ankara-Bakı istiqamətində reyslərə başlayır.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, uçuşlar martın 15-dək həftədə 4 dəfə, ayın ortasından etibarən isə həftənin hər günü həyata keçiriləcək. Ankara-Bakı aviareysi üzrə biletin qiyməti 89,99 dollar olacaq.