Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda suvarma kanalları və arxları lildən təmizlənir

18.01.2019 [18:15]

Xəbərin mətni
Xaçmaz rayonun əkinəyararlı sahələrinin suvarılması üçün istifadə olunan 2 min kilometrə yaxın kanalın mart ayına kimi təmizlənməsi nəzərdə tutulub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, su kanallarının təmizlənməsinə ötən ilin fevral ayından başlanılıb. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır.