Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
23.01.2019 [15:15]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Metyu Piqas şirkətin 2000-ci ildən Azərbaycanda müxtəlif layihələrin maliyyələşməsi və investisiya məsələlərinin həlli üzrə məsləhət xidmətləri göstərdiklərini vurğuladı.