Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib

24.01.2019 [14:52]

Xəbərin mətni
Yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.