SİYASƏT


Sahibə Qafarova: Azərbaycanda sağlamlıq imkanları məhdud insanların sosial problemlərinin həllinə ciddi diqqət göstərilir

Milli Məclisin deputatı Sahibə Qafarova bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması üçün ilk və vacib məsələlərdən biri inklüziv təhsildir. Azərbaycan dövlətinin bununla bağlı atdığı addımlar da təqdirəlayiqdir. Ölkəmizdə inklüziv təhsil imkanlarının genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.