Bölgələrdə hərbi obyektlərin inşası davam etdirilir
01.02.2019 [18:00]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhəboyu zonada olan nazirliyinin rəhbər heyəti yeni inşa edilməkdə olan bir neçə hərbi obyektlərdə tikinti işlərinin gedişini yoxlayıb.