Fransada yaşayış binasında güclü yanğın: ölən və xəsarət alanlar var
05.02.2019 [10:23]
Xəbərin mətni
Fransada yaşayış binasında güclü yanğın baş verib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, yanğın nəticəsində 7 nəfər ölüb, 28 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbi məlum deyil.