İDMAN


Azad Rəhimov: Formula 1 Azərbaycan Qran-Prisi yerli şirkətlər üçün yeni imkanlar açır

Formula 1 dəyişən və inkişaf edən idman növüdür və yarışın təşkil olunduğu ölkələr üçün yeni imkanlar açır. İdmanın bu növü ev sahibi ölkələrin iqtisadiyyatına müsbət təsir göstərir. Bütün bunları nəzərə alaraq, qarşılıq razılıq əsasında Azərbaycan Qran-Prisinin 2023-cü ilədək keçirilməsi ilə bağlı müqavilə imzaladıq. AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 5-də Bakıda təşkil olunan mətbuat konfransında Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri deyib.