SİYASƏT


Parisdə Azərbaycanın dostları şərəfinə ziyafət verilib

Fransadakı səfirimiz Rəhman Mustafayev bu ölkənin paytaxtında səfirliyin Mədəniyyət Mərkəzində Azərbaycanın dostları şərəfinə Yeni il ziyafəti verib. AZƏRTAC xəbər verir ki, ziyafətdə Fransanın parlamentariləri, ictimai və mədəniyyət xadimləri, Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, səfirliyin əməkdaşları iştirak ediblər.