Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

09.02.2019 [15:47]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Maksim Oreşkinlə bu yaxınlarda Davosda keçirilən görüşü xatırladı və onun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI