MƏDƏNİYYƏT


Vyetnamın nüfuzlu VTC1 televiziya kanalında Azərbaycan haqqında film yayımlanıb

Vyetnamın 50 milyondan çox tamaşaçısı olan VTC1 televiziya kanalında “Azərbaycan-sirlər yurdu” adlı film nümayiş etdirilib. AZƏRTAC xəbər verir ki, filmdə Azərbaycanın təbiəti, turizm imkanları, zəngin mədəniyyəti, o cümlədən mətbəxi, milli musiqisi və rəqsi, xalçaçılıq sənəti, çövkən oyunu, habelə qədim tarixi abidələrindən və zəngin memarlığından geniş bəhs olunub.