MƏDƏNİYYƏT


İranda “Fəcr” Musiqi Festivalının açılışı olub

İranda keçirilən 34-cü “Fəcr” Musiqi Festivalının açılışı münasibəti ilə Tehranın Vəhdət Sarayında Azərbaycan mahnılarından ibarət konsert proqramı təqdim edilib. Konsertdə həmyerlimiz Samir Cəfərov Üzeyir Hacıbəylinin Üverturası, “Sevgili canan” və “Arşın mal alan” əsərindən “Əsgərin nəğməsi”, Fikrət Əmirovun “Evləri var xana-xana”, Qara Qarayevin “Qızların rəqsi” və “Vals” Niyazinin “Qaytağı” və “Vətən nəğməsi, Tofiq Quliyevin “Sənə də qalmaz”, Əli Səlimin “Ayrılıq” mahnılarını ifa edib. Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə İran Milli Orkestrinin müşayiət etdiyi konsert maraqla qarşılanıb.