Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: AZƏRTAC–ın iki beynəlxalq media qurumuna rəhbərlik etməsi ona olan etimadın göstəricisidir

14.02.2019 [16:24]

Xəbərin mətni
Bu ilin noyabrında Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) sədrlik AZƏRTAC-dan Koreya Respublikasının Yonhap agentliyinə keçəcək. Hazırda tərəflər təşkilatın Seulda keçiriləcək XVII Baş Assambleyasına hazırlıq işləri görürlər. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op bununla bağlı məsələləri müzakirə ediblər.