DÜNYA


Avrora şəhərində atışma nəticəsində 5 nəfər həlak olub

İllinoys ştatının (ABŞ) Avrora şəhərində atışma baş verib. Hadisə nəticəsində 5 mülki şəxs həlak olub, 5 polis işçisi müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhər polis idarəsinin rəisi Kristen Zimanın sözlərinə görə, 5 nəfəri güllələmiş 45 yaşlı Hari Martin polislərlə atışma zamanı öldürülüb.