RƏSMİ


Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı kimi vacib tədbirdə iştirakına görə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembona təşəkkürünü bildirdi.