DÜNYA


Hindistanın şimalında avtobus dayanacağında partlayış baş verib

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında avtobus dayanacağında partlayış baş verib. AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, insident martın 7-də Cammu şəhərində qeydə alınıb. Partlayıcı qurğu avtobusun altında yerləşdirilib. Partlayış nəticəsində azı 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların hamısının yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilir.