SİYASƏT


Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Sofiyada keçirilən iclasında VI Konqresə son hazırlıq məsələləri müzakirə olunub

Martın 7-də Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası olub. İclasda Dünya Xəbər Agentliklərinin 2019-cu ildə Sofiya şəhərində keçiriləcək VI Konqresinə son hazırlıq məsələləri müzakirə edilib, təşkilati işlərə baxılıb.