Tehranda Azərbaycan-İran əlaqələri müzakirə olunub
09.03.2019 [17:27]
Xəbərin mətni
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Həsən Ruhani ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb.