Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub

13.03.2019 [10:00]

Xəbərin mətni
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı, Tovuz rayonunun Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.