Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib
15.03.2019 [18:11]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.
AZƏRTAC xəbər verir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycana gəlməsindən və VII Qlobal Bakı Forumunda iştirak etməsindən məmnunluq hissi keçirdiyini bildirdi.