DÜNYA


Fransada “sarı jiletlər”in növbəti aktında polis ilə nümayişçilər arasında toqquşma olub

Fransada “sarı jiletlər” etiraz aksiyasının 18-ci aktı zamanı Parisdə səhər saatlarında nümayişçilərlə polis arasında ilk toqquşma olub. AZƏRTAC xəbər verir ki, polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. Vəziyyət gərgin olaraq qalır, artıq polis tərəfindən 31 aksiyaçı saxlanılıb.