SİYASƏT


Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin yeni hərbi hissəsi xidməti istifadəyə verilib

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin yeni hərbi hissəsi xidməti istifadəyə verilib. Tədbirdən əvvəl Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, qızıl gül dəstələri düzüb, Azərbaycan Sərhəd Mühafizəsinin banisi olan Ulu Öndərə dərin hörmət və ehtiramlarını ifadə edib.