DÜNYA


Çində zavodda baş verən partlayış və yanğında ölənlərin sayı 64-ə çatıb

Çinin Ciansu vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində ölənlərin sayı 64-ə çatıb. AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, martın 21-də sənaye parkındakı kimyəvi məhsullar istehsal edən zavodda baş verən güclü partlayış və meydana gələn yanğın nəticəsində yaralananlardan 21-nin vəziyyəti kritik olaraq qalır. Ümumilikdə, 650 nəfərə tibbi yardım göstərilib. Ətrafdakı istehsalat sahələrindən və yaşayış binalarından 3 min fəhlə və minə yaxın sakin təxliyə edilib.