Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilib

01.04.2019 [13:32]

Xəbərin mətni
Məşğələlər zamanı zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra ediblər. Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.