Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev: Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir

02.04.2019 [16:04]

Xəbərin mətni
Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Sonuncu reytinqə əsasən, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə deyib.