Azərbaycan Dövlət İnformasiya Agentliyi

Olqa Alqayerova: Bakı insanlar üçün daha təmiz və gözəl şəhərə çevrilir

08.04.2019 [20:01]

Xəbərin mətni
Xəbər verdiyimiz kimi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (AİK) 68-ci sessiyası çərçivəsində aprelin 8-də təşkilatın Cenevrədəki Ofisində Avropa şəhərlərinin rəhbərlərini bir araya gətirən “Şəhərlər günü” keçirilib. Tədbir “Ağıllı dayanıqlı şəhərlər: Dayanıqlı inkişafın aparıcıları” mövzusuna həsr edilib. AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində, həmçinin müxtəlif şəhərlərdə müasir texnologiyalardan istifadə sayəsində görülən quruculuq işlərinə dair sərgi təşkil olunub.