CƏMİYYƏT


Kiyevdə Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib

Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində “100 ədəd ağac əkək!” aksiyası keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə keçirilən aksiyada SOCAR-ın Ukrayna üzrə nümayəndəliyi, Azərbaycanın Ukraynadakı Ticarət Evinin, səfirliyin nümayəndələri, Azərbaycan və Ukrayna iş adamları iştirak edib.